“Yüz illər islam alimləri Babəki silməyə çalışıb, indi də Sərdar Cəlaloğlu peyda olub”

saytların hazırlanması

Evə çatdırılma

“Yüz illər islam alimləri Babəki silməyə çalışıb, indi də Sərdar Cəlaloğlu peyda olub”

Siyasət

09 Sentyabr 2021 13:31 26538


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun tarixi qəhrəman Babəklə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Cəmiyyət onu tariximizə hörmətsizlik etməklə günahlandırır.

Xalq şairi, istiqlalçı deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb. O, ara-sıra bu cür yalançı, modern düşüncəli ziyalılarımızın ortaya çıxdığını söyləyib:

“Bu cür ziyalılarımız Azərbaycan tarixinin yüz illər boyu yaddaşında qalan, millətin xarakterinin bir parçasına çevrilən qəhrəmanları təftiş edirlər. Qəhrəmanın milli kimliyi, islam dininə münasibəti və s. məsələləri qurdalayırlar. Dominos pizza

Yüz illər boyu İslam alimləri, bu dinə bağlı olanlar Babəki xalqın yaddaşından silməyə çalışıblar. Lakin bizim xalqımız Babəki hər zaman yaşadıb. 

Xalq bilir ki, Babək yalnız islama qarşı vuruşmayıb. O Milli Azadlıq hərəkatının başçısı olub, torpaqlarını qoruyub. Babəkə qarşı hər cür böhtan, yalan uydurulsa da o, Azərbaycanın tarixi qəhrəmanıdır”.

Sərdar Cəlaloğlu SSRİ-nin Azərbaycan üçün qəhrəman obrazları yaratdığını da qeyd etmişdi. Sabir Rüstəmxanlı bu məsələyə də toxunub. O, bizim tarixi qəhrəmanlarımızın SSRİ-yə heç bir aidiyyatı olmadığını qeyd edib:

“Babəkin Sovet dövlətinə nə aidiyyatı var? Onlar nəyə görə Azərbaycan üçün qəhrəmanlar uydurmalıdır?

Babək haqqında dahi sənətkarlarımız əsərlər yazıb. Cəfər Cabbarlı, Ənvər Məmmədxanlı və başqaları. Onun haqqında film çəkilib.

İndi Sərdar Cəlaloğlu peyda olub, Babəki inkar etməklə, onu tariximizdən silə bilməz.

Sərdar mənim hörmət etdiyim insandır. Lakin onu bu cür sözlər deməyə nə təhrik edir? Maraqlıdır.

Mən düşünürəm ki, bu Babəkə qarşı böyük bir kampaniyadır. Unudulur, yenidən gündəmə gətirirlər. Bu Babək xəstəliyi nədir? Sağalsınlar bu xəstəlikdən. Ölkənin, millətin talehi ilə bağlı olan başqa məsələləri düşünsünlər. Babək qəhrəman olub, Azərbaycanın tarixində yaşayıb, bundan sonra da yaşayacaq”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!