Zakir Əliyevə görə telekanala xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Zakir Əliyevə görə telekanala xəbərdarlıq

Şou

18 İyul 2025 20:23 765


Audiovizual Şura Xəzər TV-yə görə iclas keçirib.

Yenisabah.az xəbər verir ki, iyulun 16-da “Qonaqcanlı” proqramında kişi-qadın münasibətləri mövzusunda müzakirələr zamanı səslənən fikirlərə görə telekanala xəbərdarlıq edilib.

Aparıcının “Evdə kimin səsi zildən çıxmalıdır, kişinin, yoxsa qadının” sualına qonaq Zakir Əliyev belə cavab verib: “Kişinin səsi zil çıxmalıdır da. Azərbaycan ailəsidir. Bilirsiniz, o yerdə ki, qadın idarəçiliyi var, orda mənə elə gəlir k, din-bərəkət yoxdur. Onu gərək xanımlar özləri bilələr ki, Allah kişini üstün yaradıb. Bunu yaradan o cür yaradıb. Yəni ona görə qadın… Evdə əlbəttə, kişinin səsi olmalıdır. Əgər o kişidirsə". pizza sifarişi

Şura bu fikirləri “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi ayrıseçkiliyin təbliği kimi qeydə alıb.

Audiovizual Şuranın üzvləri iclasda Xəzər TV-yə xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan bu cür mövzuların müzakirələri zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!