Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü keçirib.
“Yeni Sabah” xəbər verir ki, səyyar qəbul-görüşdə şəhərin 45-ci məhəllə, 4 və 5-ci mikrorayon sakinləri iştirak edib.
Zakir Fərəcov regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində son illərdə şəhərdə əsaslı və kompleks yenidənqurma işləri görüldüyünü bildirib. Şəhər rəhbəri qeyd edib ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər ölkəmizin iqtisadi potensialının gücləndirilməsində sosial, infrastruktur layihələrinin həyata keçirilməsində, insanların rifah halının daha da yaxşılaşdırılmasında mühüm rolu olub. Marqarita pizza
Z.Fərəcov bildirib ki, bir neçə il öncə şəhər sakinlərini narahat edən problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Mövcud problemlərin həlli istiqamətində tədbirlər planına uyğun olaraq addımlar atılır.
Görüşdə sakinlər tərəfindən məhəllə daxili yolların asfaltlanması, 40-50-ci illərdə vurulmuş dam örtüklərinin yenilənməsi, nümunəvi məhəllələrin yaradılması, işıqforların və yol nişanlarının quraşdırılması, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun təmir olunması və digər məsələlər səsləndirilib. Sakinlərin təklif, müraciət və şikayətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Telegram kanalımız