Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov ABŞ nümayəndələri ilə hərbi əməkdaşlığı müzakirə etdi - Foto

Siyasət

04 Yanvar 2026 19:50 697


Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əlaqələrin inkişaf məsələləri müzakirə edilib.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən xəbərə görə, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü Markveyn Mallin və Nümayəndələr Palatasının digər üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyində təşkil edilən görüşdə general-polkovnik Z.Həsənov Azərbaycan ilə ABŞ arasında əlaqələrin mövcud vəziyyətindən razılığını ifadə edib, bu əlaqələrin ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Toyuqlu pizza

Markveyn Mallin isə öz növbəsində qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin əlaqələrimizin genişləndirilməsində səmərəli olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, yeni imkanları və inkişaf perspektivləri müzakirə olunub, həmçinin qarşılıqlı maraq doğuran bir çox digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!