Zakir Həsənov cəbhəboyu zonada - Video

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov cəbhəboyu zonada - Video

Siyasət

14 Avqust 2019 08:49 1199


Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar  Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olublar.

Müdafiə Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, nazirə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq.

Bildirilib ki, bu hərbi şəhərciklərdə qərargahlar, zabit və əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğular inşa ediləcək. Eyni zamanda  hərbi qulluqçuların yaşayışı və xidməti-döyüş tapşırıqlarını yerinə yetirmələrini təmin etmək məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana-hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektlərinin tikilməsi də nəzərdə tutulub. pizza sifarişi

Yeni inşa edilən hərbi hissədə aparılan tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!