Zakir Həsənov Lentsova nə deyib?

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Lentsova nə deyib?

Siyasət

07 May 2023 13:57 1046


Xəbər verdiyimiz kimi, müdafiə naziri Zakir Həsənov Rusiya sülhməramlı kontingentinin yeni rəhbəri Aleksandr Lentsov mayın 4-də Bakıda qəbul etmişdi.

Yenisabah.az Axar.az-a istinadən xəbər verir ki, Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların məsuliyyət zonasında hələ də fəaliyyət göstərməyə çalışan erməni separatçıların “dövlət naziri” Qurgen Nersisyan bu görüşdə “heç bir nəticə əldə edilmədiyini” bildirib.

Nersisyanın sözlərinə görə, ən qısa müddətdə yeni görüş planlaşdırılır, onun nəticələri haqda əlavə məlumat veriləcək. pizza hut

Qeyd edək ki, Lentsov 3 dəfə separatçılarla, daha sonra isə İrəvanda müdafiə naziri Suren Papikyanla görüşəndən sonra Bakıya gəlmişdi. O, separatçılarla görüşdə “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlı danışıqlar aparacağına vəd vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!