Zakir Həsənov Özbəkistanla hərbi əməkdaşlıq planını imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Özbəkistanla hərbi əməkdaşlıq planını imzaladı

Maraqlı

19 Oktyabr 2023 14:14 324


Özbəkistanın müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə  Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkəyə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib. pizza hut

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!