Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib. Dominos pizza
Rusiya sülhməramlılarının keçmiş rəhbəri general-leytenant Rüstəm Muradov da görüşdə iştirak edib.
Telegram kanalımız