Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektorunu qəbul etdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektorunu qəbul etdi - Video

Siyasət

05 May 2025 19:59 569


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Milli Müdafiə universitetləri arasında keçiriləcək Yüksək Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektoru, professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycanla Türkiyə arasında mövcud hərbi əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi hərbi təhsil sahəsində də inkişaf etdiyini vurğulayıb. pizza hut

Professor E.Afyoncu elm və təhsil sahələrində əlaqələrimizin hər iki qardaş ölkə ordularının müasir milli kadr potensialının qüdrətlənməsinə müsbət təsirini diqqətə çatdırıb.

Daha sonra müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev ölkələrimiz arasındakı hərbi təhsil sahəsindəki əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilərək inkişaf etdirilməsi üzrə məsələlər barədə danışıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!