Zakir Həsənov türkiyəli həmkarını təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov türkiyəli həmkarını təbrik etdi

Siyasət

04 İyun 2023 14:22 709


Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının yeni müdafiə naziri ordu generalı Yaşar Gülərə təbrik məktubu göndərib.

Azərbaycanın Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, məktubda deyilir:

“Cənab Yaşar Gülər, Sizi qardaş Türkiyə Respublikasının milli müdafiə naziri təyin edilməyiniz münasibəti ilə öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edirəm. Toyuqlu pizza

Siz Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olarkən də Azərbaycan Ordusunun təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsinə dəstəyinizi əsirgəməmisiniz.

Əminəm ki, Türkiyə Respublikasının milli müdafiə naziri olduğunuz müddətdə də birgə fəaliyyətimiz yüksək səviyyədə davam edəcək.

Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlığın daha da inkişafına və güclənməsi istiqamətində atılan addımlara böyük töhfələr verəcəksiniz.

Sizi bir daha öz adımdan və Azərbaycan Ordusunun şəxsi heyəti adından səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə böyük uğurlar arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!