Zakir Həsənov Xankəndidə müşavirə keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov Xankəndidə müşavirə keçirdi

Rəsmi

21 Yanvar 2025 15:59 348


Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib.

Yenisabah.az xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun (qüvvə) növü komandanları, baş idarə, idarə, xidmət rəisləri, Quru Qoşunlarının qərargahı və birlik komandirləri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib. pizza sifarişi

General-polkovnik Z.Həsənov hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də qarşıda duran tapşırıqların dəqiq və vaxtında icra olunması barədə müvafiq göstərişlər verib.

Müşavirədə çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin bütün növ təminatlarına və şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!