Zakir Qaralov Şimal bölgəsində vətəndaşlarla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov Şimal bölgəsində vətəndaşlarla görüşəcək

Maraqlı

22 Avqust 2019 14:03 1104


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il avqustun 30-da saat 10:00-da Quba rayon prokurorluğunun inzibati binasında Quba və Qusar rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan “Yeni Sabah”-a verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Quba rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. Pepperoni pizza

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!