Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralov xaricə buraxılmadı: Çıxışa stop…

Siyasət

04 Sentyabr 2022 09:53 14559


Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun müayinə və müalicə üçün Almaniyaya getmək niyyəti baş tutmayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Gununsesi.info-ya sabiq baş prokurorun yaxınları bildirib.

Buna səbəb isə  Qaralovun ölkədən çıxış üçün icazə istəyinə “yox” deyilməsidir. pizza hut

Yaxınlarının bildirdiyinə görə, qaraciyər problemindən əziyyət çəkən Qaralova “yuxarıdan” “Almaniyadan həkimini dəvət elə, özü gəlsin” cavabı verilib.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, sabiq baş prokuror bu günlərdə vəfat edən yaxın qohumlarından birinin məclisinə də gedə bilməyib.

Onun işdən azad olunmasından sonra yenidən içkiyə qayıtdığı və bunun da səhhətində ciddi problemlərə səbəb olduğu deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!