Zakir Qaralovdan müxalifətə sərt ittihamlar

saytların hazırlanması

Evə çatdırılma

Zakir Qaralovdan müxalifətə sərt ittihamlar

Siyasət

09 Fevral 2019 03:44 1091


"Son zamanlar antimilli destruktiv qüvvələrin aktivləşməklə möhkəm özüllər üzərində təməli qoyulan ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönəlmiş hərəkətlərinin, icazəli mitinq keçirmək adı ilə vətəndaşların istirahət hüquqlarını, həmçinin Ümumxalq hüzn günündə şəhidlərimizin ruhuna hörmətsizlik edərək ictimai asayişi kobud şəkildə pozmaq cəhdlərinin, sosial şəbəkələr üzərindən etdikləri təhqir və böhtanlarının, ekstremist çağırışlarının qarşısı polis orqanları tərəfindən qətiyyətlə alınmışdır". 

“Yeni Sabah” xəbər verir ki, bunu Respublika Baş Prokurorluğunda keçirilən geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov deyib. Baş prokuror  bildirib ki, xalqın dəstəyindən məhrum olan, nüfuzunu, sosial dayaqlarını tamamilə itirmiş, ölkəmizdə İslam dövləti yaratmaq xəyalında olan radikal-terrorçu qüvvələrlə işbirliyi qurmuş, ermənipərəst xarici dairələr tərəfindən idarə olunmaqla qanunsuz maliyyələşən AXCP və digər radikal müxalifət partiyaların ənənəvi inkarçı və qərəzli mövqedən çıxış edərək varlıqlarını sübut etmək naminə diqqəti özlərinə cəlb etməklə gündəmdə qalmaq üçün müxtəlif üsul və vasitələrdən istifadə etməyə çalışırlar: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafı, xalqımızın rifah halının günü-gündən yaxşılaşması, xalq-iqtidar birliyinin sarsılmazlığından məyus və narahat olan, dövlətçiliyimizə qənim kəsilən, hakimiyyətə yiyələnmək üçün istənilən yola baş vurmağa, təxribatlar törətməyə hazır olan bu insanlar öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində quraraq ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışmaları qeyd edilməklə, antimilli müxalifət düşərgəsinin təmsilçiləri və onların xaricdəki havadarlarının xalqımızı yenidən daxili çəkişmələrə, parçalanmaya və böhrana sürükləməklə ölkəmizdə mövcud ictimai-siyasi sabitlik və əmin-amanlığı pozmağa yönələn cəhdlərinin qarşısının bundan sonra da xalqımız və dövlətimiz tərəfindən qətiyyətlə alınacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!