Zalujnıya Ukrayna Qəhrəmanı adı verildi - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Zalujnıya Ukrayna Qəhrəmanı adı verildi - Sərəncam

Dünya

09 Fevral 2024 15:17 526


Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujnı Ukrayna Qəhrəmanı adına layiq görülüb.

Yenisabah.az “Strana”ya istinadla xəbər verir ki, müvafiq sərəncamı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

Sənəd fevralın 9-da Zelenskinin ofisi tərəfindən dərc edilib. Sezar pizza

Zalujnıya Ukrayna Qəhrəmanı adı ilə yanaşı, “Qızıl Ulduz” ordeni ilə də təltif olunub.

Bundan əlavə, Zelenski Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanova Ukrayna Qəhrəmanı adının verilməsi haqqında fərman imzalayıb. 

Fevralın 8-də Vladimir Zelenski Valeri Zalujnı 2021-ci ildən tutduğu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edib. Baş komandanın yerini əvvəllər Ukrayna Quru Qoşunlarına komandanlıq etmiş Aleksandr Sırski tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!