Zamin Əliyev mərkəz müdiri təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Zamin Əliyev mərkəz müdiri təyin olundu

Sosial

17 Aprel 2026 15:39 597


Naxçıvan Dövlət Universitetində (NDU) yeni təyinat olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb.

Bildirilib ki, NDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliyev Tədris Resurs Mərkəzinin müdiri vəzifəsinə gətirilib. Toyuqlu pizza

Qeyd edək ki, Zamin Əliyev 1 yanvar 1988-ci ildə Şərur rayonunun Dərə kəndində anadan olub. 2006-cı ildə həmin kənd tam orta məktəbini bitirib və elə həmin il Naxçıvan Universitetinin Tarix və ictimaiyyət ixtisasına qəbul olunub. 2010-cu ildə universiteti fərqlənmə ilə başa vurub.

2015-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim kimi fəaliyyətini davam etdirir. 2017–2022-ci illərdə universitetin Doktorantura mərkəzində dissertant kimi təhsil alıb və 2022-ci ildə “XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan və İrəvan bölgələrinə ermənilərin ərazi iddiaları” mövzusunda dissertasiya müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Eyni zamanda, 2022-ci ildən YAP Universitet Şəhərciyi Ərazi İlk Təşkilatının sədr müavini vəzifəsində çalışıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!