Zamirə Ədilova vəzifəsindən azad olundu

saytların hazırlanması

Evə çatdırılma

Zamirə Ədilova vəzifəsindən azad olundu

Sosial

08 Aprel 2026 19:32 1096


TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən azad edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o özü sosial media hesabında paylaşım edib.

"Əziz dostlar, həmkarlar, pizza mizza

Bu gün TƏBİB-də son iş günüm idi.

Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm.

Dəyərli komandamın hər bir üzvünə isə göstərdikləri fasiləsiz səylərə, nizam-intizamlarına və uğurlu fəaliyyətinə görə sonsuz minnətdaram!

TƏBİB-dən gözəl xatirələrlə ayrılıram və hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram.

Media mənsubu həmkarlarıma isə dəstəkləri üçün dərin ehtiram və sevgilərimi çatdırıram!

Görüşənədək", - deyə o paylaşımda bildirilib.

Qeyd edək ki, Zamirə Ədilova sözügedən vəzifəyə 2022-ci ildə təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!