Qüvvəyə minəndən bir müddət sonra “İzahedilməz Sərvətlər Sərəncamı”artıq Böyük Britaniyanın beynəlxalq pul vəsaitlərinin yuyulması ilə mübarizədə uğura müvəffəq oldu.
"Yeni Sabah" xəbər verir ki, bu haqda jdsupra nəşri material hazırlayıb.
Həmin yazıda bildirilir ki, 2018-ci ilin fevralında Böyük Britaniya Cinayətkarlıqla Mübarizə Milli Agentliyi Azərbaycan Beynəlxalq Bankının sabiq sədrinin arvadı Zamirə Hacıyevanı Londonda təxminən 15 milyon 147 min dəyərində əmlakın alınması ilə bağlı izahat verməyə çağırıb. Dominos pizza
Z.Hacıyeva hesabat verməkdən boyun qaçırıb.Bununla bağlı Ali Məhkəməyə müraciət olunub.
Əgər Hacıyeva ilə bağlı Sinqapurda araşdırma aparılsaydı,yeni qanuna əsasən məhkəməyə müraciət etməyə ehtiyac qalmayacaqdı. O, əmlak barədə ifadə verməli idi, əks halda ittiham olunacaqdı.
"Biz bunu Sinqapurun qaçaqmalçılıq siyasətinə qarşı mübarizə üçün güclü silah kimi görürük.Sinqapur maliyyə sistemindəki sui-istifadə hallarının qarşısını almaq üçün nəzərdə tutulan qanunlarla qlobal maliyyə mərkəzi kimi öz mövqeyini çətinləşdirir".
Telegram kanalımız