Zaqatalada it 81 yaşlı qadının qulağını qopardı

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada it 81 yaşlı qadının qulağını qopardı

Rəsmi

22 İyun 2019 11:53 1182


Zaqatalada 81 yaşlı qadının qulağını it qoparıb.

Bu gün səhər saatlarında rayonun Əliabad qəsəbə sakini Pirdas İslam qızı İsrafilova heyvanları yemləyərkən ailəsinə məxsus itin hücumuna məruz qalıb. 

İt qadının sol qulağını dişləyərək qoparıb. Qadın Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Pirdas İsrafilovaya lazımı tibbi yardım göstərilib, qopmuş qulaq yeri cərrahi yolla tikilib. Marqarita pizza

Xəstəxanadan bildirilib ki, ötən gün saat 20:30 radələrində rayonun Yuxarıçardaxlar kənd sakini, 2012-ci il təvəllüdlü Məryəm Vüqar qızı Xəlilova da it dişləməsi xəsarəti ilə xəstəxanaya daxil olub. Məryəm Xəlilovaya lazımı yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra amblator müalicə almaq şərti ilə evə buraxılıb.

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!