Zaqatalada narkotik əməliyyatı – İki nəfər saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada narkotik əməliyyatı – İki nəfər saxlanıldı 

Kriminal

29 Avqust 2019 11:29 1253


Zaqatala Rayon Polis Şöbəsinin (RPŞ)əməkdaşları narkotiklərə qarşı mübarizə çərçivəsində əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Yeni Sabah”a daxil olan məlumatda deyilir ki, əməliyyat nəticəsində Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri, 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121 ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.

Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər. Pepperoni pizza

Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!