2019-cu ilin ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dehelmentizasiya, dezinfeksiya, dezinseksiya və digər tədbirlərin aparılmasına start verib.
“Yeni Sabah” xəbər verir k, Zaqatala Rayon Baytarlıq İdarəsi tərəfindən 2019-cu ildə 19 sahə baytarlıq məntəqəsi vasitəsilə 62 kənd və 2 qəsəbədə mövcud olan 61013 baş iribuynuzlu, 139816 baş xırdabuynuzlu, 316374 baş quş, 4695 baş təkdırnaqlı heyvan və 3500 baş sahibli itdə profilaktik peyvəndləmə, diaqnostik və seroloji müayinələrin aparılması nəzərdə tutulub.
Hazırda rayonun baytarlıq mütəxəssisləri tərəfindən Car kəndində yerləşən Şahinzadə Orxana məxsus fermer təsərrüfatında 35 baş iribuynuzlu, Aşağı Tala kəndində yerləşən Mehdiyev Rasimə məxsus 60 baş iribuynuzlu heyvanda və rayonun ayrı-ayrı təsərrüfatlarında saxlanılan 59879 baş iribuynuzlu heyvanda və 3709 baş təkdırnaqlı heyvanda qarayara, 1734 baş sahibli itdə quduzluq əleyhinə peyvəndləmə tədbirləri aparılıb. Eləcə də 2533 baş iribuynuzlu heyvandan və 83 baş ana qoyundan bruselyozun müayinəsi üçün qan nümunəsi götürülərək 1260 kvadratmetr sahədə profilaktik, 350 kvadratmetr sahədə məcburi dezinfeksiya işləri görülüb. İribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur. pizza hut
Telegram kanalımız