Zara Məmmədova 97 yaşında vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Zara Məmmədova 97 yaşında vəfat etdi

Hadisə

31 Mart 2026 10:07 323


Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.

Bu barədə "Yeni Sabah"a ali məktəbdən məlumat verilib. 

Qeyd edək ki, Z.Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi. Toyuqlu pizza

Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.

Allah rəhmət eləsin!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!