Zaur Hüseynov rəis və müavinini işdən çıxardı - Ayaqyoluna görə

saytların hazırlanması

Evə çatdırılma

Zaur Hüseynov rəis və müavinini işdən çıxardı - Ayaqyoluna görə

Sosial

17 Aprel 2019 21:51 996


“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov “Gənclik” stansiyasının rəisi Böyükağa Yolçuyev və  müavini Seymur Məhərrəmovu tutduğu vəzifədən azad edib. 

Zaur Hüseynov İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşovun təqdimatı əsasında sözügedən şəxsləri vəzifələrindən uzaqlaşdırıb. 

Rəis və müavininin vəzifəsindən azad olunmasının səbəbi stansiyada gecə növbətçisinin yerini tərk etməsi olub. Belə ki, növbətçi iş vaxtı ayaqyoluna gedib. pizza hut

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  rəis və müavinin vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib. B.Məmmədov onların vəzifədən uzaqlaşdırılmasının səbəbini nizam-intizamla bağlı olduğunu dilə gətirib. 

Unikal.org


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!