Zaurdan Xoşqədəmə ağır sözlər - “Ayıbdır, ayıb olsun!”

saytların hazırlanması

Evə çatdırılma

Zaurdan Xoşqədəmə ağır sözlər - “Ayıbdır, ayıb olsun!”

Şou

31 Yanvar 2019 20:34 2548


Zaur Baxşəliyev aralarında heç cür buzlar əriməyən Xoşqədəm Hidayətqızını "Bizimləsən"in efirindən tənqid atəşinə tutub. Zaur canlı yayımda qadın həmkarını "əxlaqsızlığı" təbliğ etməkdə ittiham edib.

O, adını açıqlamasa da ona əks cəbhədə dayanan Xoşqədəmi reytinqə görə əxlaqsız məlumatları efirdə verməkdə tənqid edib:

"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" bir əxlaqsızlığı ortaya çıxardıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. Nəyi piar edirsiniz 2-3 faiz reytinqdən ötrü?! Hansısa bir əxlaqsızlığı?Ayıbdır, ayıb olsun!" Sezar pizza

Qeyd edək ki, "Səni axtarıram"da iki gün öncə 19 yaşlı gəncin eşq yaşadığı 37 yaşlı qadına görə canlı yayımda valideynlərindən imtina etməsi sosial şəbəkələrin ən çox danışılan hadisəsinə çevrildi.

Milli.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!