Zaxarova Ərdoğanın bəyanatına belə reaksiya verdi

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova Ərdoğanın bəyanatına belə reaksiya verdi

Siyasət

20 İyul 2023 17:45 2777


“Türkiyə Rusiya sülhməramlılarının Qarabağda olmasına əsaslanan üçtərəfli bəyanatların tərəfdaşı deyil”. 

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatını şərh edərkən deyib.

Zaxarova Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünün keçirilməsinin mümkünlüyünə də toxunub.  Dominos pizza

“Mənə elə gəlir ki, şanslar çox yüksəkdir və biz hazırda belə bir görüşün keçirilməsi üzərində işləyən ekspertlərdən konkret təkliflər aldıqda, onları mütləq sizinlə bölüşəcəyik”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib. 

Xatırladaq ki, Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra keçirilən mətbuat konfransında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin razılığına əsasən, Rusiya sülhməramlı qüvvələrinin 2025-ci ilə qədər Qarabağda fəaliyyət göstərməli olduğunu bildirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!