Zaxarova: “Minsk qrupu tarixin yaddaşına köçüb”

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova: “Minsk qrupu tarixin yaddaşına köçüb”

Siyasət

17 Fevral 2023 14:45 791


“Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması səylərinə zərbə vuran var idisə də, bu, ABŞ başda olmaqla Qərb dövlətlərinin özüdür”.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Rusiya XİN rəsmisi bildirib: “ATƏT-in Minsk qrupu formatı amerikalı və fransalı həmsədrlərin 2022-ci ilin fevralında uydurma bəhanə ilə rusiyalı həmkarı ilə əlaqəni dayandırmasından sonra tarixin yaddaşına köçdü. Üstəlik, onlar tərəfdən heç bir aydın izahat verilmədi. Dominos pizza

Bunu nəzərə alaraq, Bakı və İrəvana müvafiq razılaşmalar kompleksinə əsaslanan üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə başladıq. Biz vasitəçiliyin real addımlarla müşayiət olunacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!