Zaxarova sərhəddəki toqquşmadan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Zaxarova sərhəddəki toqquşmadan danışdı

Siyasət

12 Aprel 2023 14:35 627


Rusiya FTX-nin Silahlı Qüvvələri və Sərhəd Xidmətinin nümayəndələri Ermənistanın Sünik rayonunun Tex kəndi yaxınlığında vəziyyətin deeskalasiyası üçün tədbirlər görüblər.

Yenisabah.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, aprelin 11-də Tex (Dığ) kəndi yaxınlığındakı təmas xəttində silahlı insident baş verib. Ölən və yaralananlar var: Marqarita pizza

“Ərazidə olan Rusiya FTX-nin Silahlı Qüvvələrinin və Sərhəd Xidmətinin nümayəndələri dərhal Ermənistan və Azərbaycandakı məsul şəxslərlə əlaqə saxlayıb, gərginliyin aradan qaldırılması üçün tədbirlər görüblər”.

M. Zaxarova qeyd edib ki, insident Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli sazişlər kompleksinə ciddi əməl olunmasının zəruriliyini bir daha təsdiqləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!