"Danışıqlar Rusiyanın yox, digər ölkələrin iştirakı ilə aparılır, müvafiq olaraq, birbaşa iştirakçılarla baş verən proseslərlə maraqlanmaq lazımdır".
Yenisabah.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan XİN başçılarının görüşü barədə deyib: Toyuqlu pizza
“Nəticələrdən sonra müvafiq bəyanatlar verildikdə hər bir tərəf öz sözünü deyəcək, təəssürat yaratmaq mümkün olacaq və bəlkə də bu, bizə şərh vermək hüququ verəcək. Amma bu sonra olacaq”.
Xatırladaq ki, mayın 1-də ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, ABŞ dövlət katibi Entoni Blinken və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
Telegram kanalımız