Zəfər Günü ilə bağlı bayram şöləni keçirildi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Zəfər Günü ilə bağlı bayram şöləni keçirildi - FOTOLAR

Mədəniyyət

08 Noyabr 2025 12:19 732


Azərbaycan tarixinin şanlı səhifəsi  olan 8 noyabr Zəfər gününün  5 illiyi     Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin təqdimatında  öz bayram şöləni ilə Beynəlxalq Muğam Mərkəzinin səhnəsində  təqdim olundu. 

“Azərbaycan zəfəri” adlanan konsert proqramı zəfər əhval-ruhiyyəli  musiqi töhfələri ilə dinləyicilərinin təbrikinə gəldi.  Çıxış edən hər bir iştrakçı vətən ətirli əsərlərlə mükəmməl ifalar nümayiş etdirərək,  Azərbaycan Zəfərinin sevincini  həm yaşadı, həm də yaşatdı.  

Tədbiri giriş sözü ilə açan  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova  8 Noyabr -  44 günlük Vətən müharibəsi,  Zəfər Gününün şərəfli tarixini işıqlandıraraq,  Prezident İlham Əliyevin  bu qalibiyyətin qazanılmasında  misilsiz xidmətlərini  vurğuladı. pizza

Tədbirin  aparıcısı  Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nəzəriyyə şöbəsinin müdiri, musiqişünas Nərgiz Kərimova  Zəfər gününə həsr olunmuş şeirlərini səsləndirərk  konsertin proqramına poetik ruh bəxş etdi.  Qeyd edək ki, “Azərbaycan zəfəri” konserti həmçinin  nəfis video tərtibatı  ilə də seçilirdi.

Konsertin bədii hissəsi  Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs kollektivinin təqdimatında  Ü.Hacıbəylinin  “Arşın mal alan” operettasından Müqəddiməsi ilə açıldı. 

Daha sonra  konsert proqramı “Qarabağ” mahnısı,  Azərbaycan xalq ritmləri, H.Rzayev ”Çahargah  rapsodiyası”  , T.Bakıxanov “Xəzər balladası” baletindən  “Neft fəvvarələrinin rəqsi”, Ü.Hacıbəyli .”Çağırış”, Manuel de Falya “Rəqs”, “Xarı bülbül” rəqsi,  A.Əliyev “Adajio”, “Qarabağ şikəstəsi “, F.Əmirov. “1001 gecə” baletindən  “Şəhrizadın şənliyi”,  “Orgiya” , “Xudayar təsnifi” , Misri ,  “Vətən övladları”  və  Cəngi  rəqsi  ilə növbələşərək   əsrarəngiz bir çələng yaratdı.

Tədbirin  fəxri qonaqları olan şəhid ailələri və qazilər  məktəb rəhbərliyinə göstərdiyi qayğı və diqqətə görə dərin təşəkkürünü bildərək, yüksək səviyyəli tədbirlə bağlı ürək sözlərini bölüşdülər. 

Doğma Vətən Azərbaycanımızın  Zəfər gününü musqili töhfələrlə vəsf edən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi keçirtdiyi yüksək səviyyəli tədbirlə dinləyicilərinin yaddaşına  silinməz izlər  buraxdı.

Musiqişünas Nərgiz Kərimova


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!