Zəfər Muzeyinə giriş 3 gün pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

Zəfər Muzeyinə giriş 3 gün pulsuz olacaq

Mədəniyyət

09 Noyabr 2025 11:01 720


 Bakıda 8 noyabr tarixində açılışı olan Zəfər Muzeyi bu gündən ziyarətçilərin istifadəsinə verilib.

“Yeni Sabah” xəbər verir ki, ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq ziyarətçilər Şanlı Zəfər tarixinin əbədiləşdirildiyi muzeylə 9-11 noyabr tarixlərində ödənişsiz qaydada tanış ola bilər.

Zəfər muzeyinə olan böyük maraq və ziyarətçi axını nəzərə alınaraq hər bir kəsin rahat keçidinin təminatı üçün muzeyin girişində növbə sistemi yaradılacaq. Pepperoni pizza

Noyabrın 12-dən etibarən isə muzey bilet sistemi ilə fəaliyyət göstərəcək və bazar ertəsi istisna olmaqla digər günlər saat 11:00-dan 18:00-dək açıq olacaq.

Azərbaycan vətəndaşları üçün biletlərin qiyməti: məktəb yaşlı uşaqlar - ödənişsiz, tələbələr üçün - 1 AZN, böyüklər üçün - 5 AZN;

Xarici ölkə vətəndaşları üçün: uşaqlar – 6 AZN, böyüklər – 15 AZN

Şəhid ailələri, müharibə iştirakçıları, hərbi qulluqçular və I, II qrup əlilliyi olan vətəndaşların muzeyə ziyarəti isə ödənişsiz qaydada olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!