Zəfər paradı Xankəndidə olacaq: Hazırlıq gedir! 

saytların hazırlanması

Evə çatdırılma

Zəfər paradı Xankəndidə olacaq: Hazırlıq gedir! 

Maraqlı

29 Oktyabr 2023 09:23 5969


Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini-Zəfər Gününü qeyd edəcək. 

Musavat.com-un etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, Zəfər Günü bu dəfə Xankəndi şəhərində qeyd ediləcək.

Mənbə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur. pizza

Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.

Yada salaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ханлар
    Yaşasın Ali Baş komandan! Biz Sizinle fəxr edirik, Cənab PREZİDENT. YAŞA 100 YAŞA.
    3 years ago