“Zəfər turu”nun son matçı: “Qarabağ” “Neftçi”yə qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Zəfər turu”nun son matçı: “Qarabağ” “Neftçi”yə qalib gəldi

İdman

09 Noyabr 2025 21:01 608


Misli Premyer Liqasının XI turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, "Zəfər turu"nun son oyununda Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

Qolları Toral Bayramov (50-pen) və Kamilo Duran (84) vurublar. Sezar pizza

"Qarabağ" 23 xalla turnir cədvəlinə başçılıq edir. 15 xalı olan "Neftçi" yeddincidir.

Turun əvvəlki görüşlərində "Şamaxı" "İmişli"ni (1:0), "Sumqayıt" "Qəbələ"ni (2:0), "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Sabah" "Kəpəz"i (3:1) üstələyib. "Zirə" - "Turan Tovuz" oyununda isə hesab açılmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!