Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma

saytların hazırlanması

Evə çatdırılma

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma

Sağlamlıq

22 Noyabr 2019 15:11 2634


Dünəndən Bakı Dövlət Universitetində təhsil alan tələbə qızların zəhərlənməsi və onlardan birinin ölməsi barədə yayılan xəbərlərdə bir məqam var ki, bəlkə də çoxlarının diqqətini çəkməyib.

Verilən rəsmi xəbərlərdə zəhərlənən qızların ağzından qan gəldiyi bildirilib. Zəhərlənən insanın ağzından dərhal qan gəlmir. Bəs niyə bu məsələdə bu məqama diqqət yetirilməyib? 

“Yeni Sabah” xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Baş Toksikoloqu Azər Maksudov Bizimyol.info-ya bildirib ki, zəhərlənmə hallarında ağzıdan o zaman qan gələ bilər ki, daxilə kimyəvi maddə qəbul edilsin. “O tələbələr bəyəm sirkə içiblər? Yox kimdir bu məlumatı bu şəkildə yayan? Yanlış məlumat verilir. Zəhərlənmə halında ağzıdan qan gəlmir.Ya hər hansı travma alıblar, ya da kimyəvi maddə qəbul ediblərsə bu baş verə bilərdi. Botulizm deyil.Bu olsa belə o da dərhal qanaxmaya səbəb olmur. Qazdan, tüstüdən və s. boğulmadan ölüm hallarında da qanamaya rast gəlinmir. Məncə ətraflı araşdırılma aparılmalıdır”. Marqarita pizza

Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Nəticədə 3 tələbə zəhərlənib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!