Zəhərlənərək ölən Dərya tatu ustası imiş - DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Zəhərlənərək ölən Dərya tatu ustası imiş - DETALLAR

Sosial

10 İyun 2025 23:30 1301


Bakıda həyatını itirən 2005-ci il təvəllüdlü Dərya Ağayevanın doğmaları onun vaxtsız ölümünün təfərrüatını Baku TV-yə danışıblar.

Onlar bildiriblər ki, sosial şəbəkələrdə yayılan məlumatların böyük əksəriyyəti həqiqəti əks etdirmir. 20 yaşlı qız universitet tələbəsi olmayıb, pirsinq və tatu ustası kimi işləyirmiş.

Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib. Mərhumun bundan əvvəl də qıcolmaları olurmuş. pizza

"Qarpız yedikdən sonra yatdı. 4-5 saat sonra anam məni yuxudan oyadıb dedi ki, Dərya özünü pis hiss edir, xəstəxanaya getməliyik. Təcili tibbi yardım maşınında komaya düşdü. Epilepsiyası var idi, zəhərlənib və qıcolma vəziyyətinə düşüb", - deyə mərhumun qardaşı bildirib.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!