Zəka səviyyəsi yüksək olan 6 bürc

Zəka səviyyəsi yüksək olan 6 bürc

Sosial Veb saytların hazırlanması

22 Sentyabr 2023 19:03 5866


Astroloqların fikrincə, bürclərlə  zəka səviyyəsi arasında əlaqə var. Bürclər çoxlu müsbət və mənfi xüsusiyyətlərə malik ola bilər və bu həmçinin zəkaya da təsir edə bilər.

Astroloqların araşdırmalarına görə, zəka səviyyəsi ən yüksək olan 6 bürc açıqlanıb. Bu bürclər digər bürclərə nisbətən daha yüksək intellekt səviyyəsinə və analitik düşünmə qabiliyyətinə malikdir.

Yenisabah.az həmin bürcləri təqdim edir:

DOLÇA

Dolçalar, demək olar ki, hər şeyi intellektual zehni ilə həll etməyə meyllidirlər. Onlar bir vəziyyətdən özlərini zəkaları sayəsində asanlıqla çıxara bilərlər. Dolçalar adətən,  balanslı, yaradıcı və soyuqqanlı olmaları ilə tanınırlar.

QIZ BÜRCÜ

Qız bürcləri problemi həll etmək üçün hərtərəfli düşünür, analiz edirlər.  Onların məntiqlə  həll edə bilməyəcəyi çox az şey var.

ƏQRƏB

Əqrəbi aldatmaq demək olar ki, mümkün deyil. Onlar məntiqi qabiliyyəti və ya hisslərindən aldıqları məlumatlardan istifadə etməyi bacarırlar. Əqrəblər digər insanların gözdən qaçırdığı məqamları belə görürlər. Əqrəbi aldatmaq istəsəniz onlar bunun intiqamını çox kəskin şəkildə sizdən alacaqlar.

ƏKİZLƏR

Əkizlər bürcü ilə qısa söhbətdə belə onların məntiqli olduğunu, ağılla hərəkət etdiyini hiss etmək olur.  Onlar 12 bürcün ən sürətli düşünənləridir . Bundan əlavə, əkizlər güclü yumor hissinə malikdir ki, bu da onların İQ-sünün yüksəkliyindən xəbər verir.

BALIQ

Balıqlar "dağınıq dahilər" kateqoriyasına aiddir.  Onlar  yüksək intellektə və yaradıcılığa malikdirlər, lakin bəzən öz təxəyyüllərinə qapıla bilirlər. Onların içində boğulacaqları qədər çox fikirləri var. Balıqlar başqalarının yaşadıqlarına qarşı həssas olurlar - sanki başqasının nə düşündüyünü və ya hiss etdiyini belə hiss edirlər. Onlar instinktlərinə güvənirlər və çox zaman bu, doğru yolu tapmaqda onlara kömək edir.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!