Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək

saytların hazırlanması

Evə çatdırılma

Zelenski bu gün ABŞ Konqresində çıxış edəcək

Siyasət

16 Mart 2022 09:32 995


Ukrayna prezidenti Vladimir Zelenski bu gün Amerika Birləşmiş Ştatları Konqresində çıxış edəcəyini təsdiqləyib.

Yenisabah.az xəbər verir ki, Zelenski bu barədə Facebookdakı videomüraciətində bildirib.

"Mənim Birləşmiş Ştatların Konqresində çıxışım çərşənbə gününə planlaşdırılıb. Əhəmiyyətli hadisədir", - prezident vurğulayıb. Marqarita pizza

"Və mən prezident Baydenə və Ukraynanın ABŞ-dakı bütün dostlarına dövlətimizə, xalqımıza 13,6 milyard dollarlıq yeni dəstək paketinə görə minnətdarlığımı bildirmək istəyirəm. Bu maliyyəni nəzərdə tutan qanun imzalanıb. Biz bunu Ukraynanın tam bərpası istiqamətində ilk addım kimi qiymətləndiririk”, - deyə Zelenski bildirib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!