Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana planlaşdırılan səfəri barədə yayılan məlumatlara cavab verib.
Yenisabah.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu haqda iddiaları qısaca belə cavablandırıb:
“Deyə bilərəm ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır”. pizza sifarişi
Bundan əvvəl mətbuatda Vladimir Zelenskinin martda İrəvana və Bakıya səfər edəcəyi barədə məlumat yayılmışdı.
Qeyd olunur ki, Ermənistana səfər yəqin ki, martın 4-də baş tutacaq.
Telegram kanalımız