Zelenski G20 sammitinə dəvət olundu

saytların hazırlanması

Evə çatdırılma

Zelenski G20 sammitinə dəvət olundu

Dünya

27 Aprel 2022 16:40 510


Ukrayna prezidenti Volodimir Zelenski İndoneziya lideri Coko Vidododan G20 sammitinə dəvət aldığını bildirib.

Yenisabah.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

“İndoneziya prezidenti Coko Vidodo ilə danışıqlar apardıq. Ona, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə, xüsusən də BMT-də aydın mövqeyə görə təşəkkür etdim. Biz ərzaq təhlükəsizliyi məsələlərini müzakirə etdik. G20 sammitinə dəvətə görə minnətdaram”, - o yazıb. pizza

Bundan əvvəl Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire Rusiya Federasiyasını G20 tədbirlərində iştirakdan çəkinməyə çağırıb.

Cavad Salmanlı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!