"Ukrayna hər gün 60-100 əsgər itirir".
Yenisabah.az "Newsmax"a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski sözügedən nəşrə müsahibəsində deyib.
“Ukraynanın şərqində vəziyyət çox mürəkkəbdir. Biz hər gün döyüşdə 60-dan 100-ə qədər əsgər itiririk və 500-ə yaxın yaralı olur”, - deyə Zelenski vurğulayıb. pizza
O, həmçinin bildirib ki, Rusiya Qara dənizdə taxıl tədarükünü əngəlləyir:
"Hazırda Rusiya 22,5 milyon ton taxılın qarşısını alır. Bu ərazinin dənizə çıxışı olan blokunu açmaq üçün bizə 120-140 kilometrə qədər mənzilli hədəfi vuran silahlar lazımdır”.
Telegram kanalımız