Rusiyalı müğənni Aleksandr Revva siyasi fikir ayrılıqlarına və Volodimir Zelenski ilə dostluğuna görə atası ilə münasibətlərini kəsib.
Yenisabah.az kp.ru-ya istinadla xəbər verir ki, bunu şoumenin atası bildirib.
Vladimir Revva qeyd edib ki, 2014-cü ildən və Donbassda müharibə başlayandan bəri oğlu bir dəfə də olsun ona baş çəkməyib. Toyuqlu pizza
Revvanın valideyni hazırda Donetskdə yaşayır.
Ata deyib: “Zəng etdim, oğlumla mübahisə etdik və daha danışmadıq".
Sənətçinin atası oğlu ilə münasibətləri bərpa etmək istədiyini etiraf edib, lakin zəng etməyə cəsarəti çatmır.
Telegram kanalımız