Volodimir Zelenskinin Estoniyaya səfəri Qərb mətbuatında müzakirə mövzusuna çevrilib.
Yenisabah.az “Bild”ə istinadla xəbər verir ki, Estoniya baş naziri Kaya Kallas Ukrayna bayrağının rənglərində ornamentli kostyum geyinib. Zelenskinin sviteri üzərində isə 48,3794° və 31,1656° koordinatları olub.
Bəziləri bunu Ukrayna prezidentinin Vladimir Putinə “gizli mesajı” adlandırıb. pizza sifarişi
Həmin rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. O, ölkənin coğrafi mərkəzi 1991-ci ildə rəsmi olaraq tanınan sərhədlər daxilində yerləşir. Sözügedən paralel və meridianın qovşağında yerləşən kənddə abidə ucaldılıb.
Təhlilərə görə, Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini və ölkəsinin sərhədlərində baş verən hər hansı dəyişikliyi tanımaq niyyətində olmadığını bəyan edib.
Telegram kanalımız