Zelenski Milli Məclis qarşısında çıxış edə bilərmi?   - Azərbaycanlı deputatdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Milli Məclis qarşısında çıxış edə bilərmi? - Azərbaycanlı deputatdan cavab

Siyasət

19 Mart 2022 13:28 749


“Başqa bir dövlətin, xüsusilə də müharibə vəziyyətində olan dövlətin rəhbərinin Azərbaycan Milli Məclisində çıxış etməsini qətiyyən uyğun hesab etmirik".

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi əsnasında dünyanın bir çox parlamentlərində prezident Volodimir Zelenskiyə çıxış etmək imkanı verilib. Ukraynanı dəstəkləyən bu ölkələrin qanunverici orqanlarında onlayn çıxışı zamanı Zelenski ayaqüstü alqışlanıb.  Dördpendirli pizza

Elman Məmmədov belə bir imkanın Milli Məclisdə də yaradılmasını düzgün saymayıb: 

" Azərbaycan Qoşulmama Hərəkatının üzvü kimi bu məsələdə də öz neytral mövqeyini saxlayır. Hər iki dövlətlə münasibətlərimiz, əməkdaşlığımız normaldır. Hətta Rusiya dövləti ilə fevralın 22-də Müttəfiqlik Sazişi imzalamışıq.

Azərbaycan sülh və barış, müharibənin dayanması tərəfdarıdır. Biz istəyirik ki, tezliklə Rusiya və Ukrayna sülh, danışıqlar olsun, mehriban qonşuluq münasibətləri bərpa edilsin.

Başqa bir dövlətin, xüsusilə də müharibə vəziyyətində olan dövlətin rəhbərinin Azərbaycanda Milli Məclisdə çıxış etməsini qətiyyən uyğun hesab etmirik, buna da ehtiyac yoxdur”.

Nəzrin Vahid

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!