Zelenski mühüm sənədi   İMZALADI

saytların hazırlanması

Evə çatdırılma

Zelenski mühüm sənədi İMZALADI

Siyasət

14 Aprel 2026 23:36 627


Ukrayna Prezidenti Volodimir Zelenski və Norveçin Baş naziri Yonas Qar Störe müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

"Ukrayna Norveçin xarici siyasətinin əsas prioriteti olaraq qalır və bu gün biz müdafiə, təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzaladıq", – Störe Osloda Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. Dördpendirli pizza

Onun sözlərinə görə, Norveç Ukraynanın suverenlik uğrunda mübarizəsini və onun özünümüdafiə hüququnu qətiyyətlə dəstəkləyir:

"Lakin bu, birtərəfli əlaqə deyil, qarşılıqlı əməkdaşlıqdır. Biz Norveç və Ukrayna arasında strateji tərəfdaşlıq üzərində işləməyə razılaşdıq, çünki Ukrayna bunun müqabilində çox şey verir"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!