Zelenski NATO-nun Baş katibi ilə cəbhədəki vəziyyəti müzakirə etdi 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski NATO-nun Baş katibi ilə cəbhədəki vəziyyəti müzakirə etdi 

Dünya

16 Yanvar 2024 13:12 348


Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrədə Davos İqtisadi Forumu çərçivəsində NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. 

“Report” xəbər verir ki, bu barədə V. Zelenski teleqramda yazıb.

O bildirib ki, bir çox mühüm məsələ müzakirə olunub. pizza sifarişi

“Döyüş meydanındakı vəziyyət, ölkəmizin müdafiə ehtiyacları, Ukraynanın hava hücumundan müdafiə sisteminin daha da gücləndirilməsi, NATO-nun Vaşinqtonda keçiriləcək növbəti sammitə hazırlıq, G7 bəyannaməsi çərçivəsində tərəfdaşlarla ikitərəfli təhlükəsizlik sazişləri üzərində işləmək barədə danışdıq”, - Ukrayna lideri yazıb.

Zelenski həmçinin dəstəyə görə NATO rəhbərinə təşəkkür etdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!