Zelenski öldürülsə, B planı işə düşəcək

saytların hazırlanması

Evə çatdırılma

Zelenski öldürülsə, B planı işə düşəcək

Dünya

24 May 2022 10:58 825


"Ukrayna rəhbərliyindən hər hansı bir şəxsin, o cümlədən dövlət başçısının ölümü halında B planı var".

Yenisabah.az xəbər verir ki, bunu prezident Volodimir Zelenski Davosdakı "Ukrayna Evi"ndə videokonfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı halında hakimiyyət tədbirlər görməyə hazırdır: pizza mizza

“Qanunvericiliyə görə, dövləti idarə edəcək kimsə var. Mən, baş nazir və parlament rəhbəri”.

Zelenski xatırladıb ki, Ukrayna parlamentli-prezident respublikasıdır. “Başa düşdük ki, bu və ya digər itki olsa, bu prosesə hazır olacağıq. Nazirlər Kabinetini iki yerə böldük, bu, bilərəkdən edilib ki, ölkə pis nəticələrdən  qorunsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!