Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqladı

Siyasət

01 Mart 2022 23:28 3267


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Moskva ilə tamhüquqlu danışıqların mümkün olması üçün Rusiya Ukrayna şəhərlərini atəşə tutmağı dayandırmalıdır.

Yenisabah.az xəbər verir ki, “heç olmasa, insanlara atəş açmağı dayandırmaq, sadəcə atəşi dayandırmaq və sonra danışıqlar masasına oturmaq lazımdır”, - Ukrayna Prezidenti bildirib.

Eyni zamanda, Zelenski Rusiya arasında gələcək danışıqların perspektivləri ilə bağlı birmənalı cavab verməyib. O, jurnalistin Rusiya tərəfinin danışıqlara hazır olub-olmaması və bu görüşlərin məhsuldar olub-olmayacağı ilə bağlı sualını “Baxarıq” - deyə cavablandırıb. Sezar pizza

Prezidentin sözlərinə görə, Moskva qoşunlarını 6 gün əvvəl tutduqları mövqelərə çəkməyə razılıq versə, bu, Rusiyanın sülhə hazırlığına işarə olacaq. “Əks halda bu, vaxt itkisidir”, - Ukrayna lideri vurğulayıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!