Ukrayna prezidenti Volodimir Zelenski “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadığı ərazilər haqqında” fərman imzalayıb.
Yenisabah.az xəbər verir ki, fərmanın mətnində Ukrayna hakimiyyətinin “Rusiya Federasiyasında, o cümlədən Krasnodar, Belqorod, Bryansk, Voronej, Kursk, Rostov vilayətləri ərazisində tarixən yaşayan ukraynalıların milli kimliyini qorumaq üçün fəaliyyət planı” hazırlamağa hazırlaşdığı vurğulanır.
Bundan əlavə, Ukrayna hakimiyyəti Rusiyada yaşayan ukraynalılara qarşı törədilmiş cinayətlər, həmçinin “məcburi ruslaşdırma siyasəti, siyasi repressiya və deportasiya” haqqında məlumat toplayan mərkəz yaratmağı nəzərdə tutur. pizza
Rəsmi Kiyev Rusiya Federasiyasından gələn dezinformasiya və təbliğatla daha fəal mübarizə aparmağı, həmçinin “Ukrayna haqqında rus miflərini ifşa etməyə yönəlmiş” tədbirlər keçirməyi planlaşdırır.
Telegram kanalımız