Zelenski Rusiyanın bu tələbini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Rusiyanın bu tələbini qəbul etdi

Siyasət

28 Mart 2022 10:31 659


Ukrayna Rusiya ilə sülh sazişinin bir hissəsi kimi neytral statusu qəbul etməyə hazırdır.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü müstəqil rus jurnalistlərə müsahibəsində deyib.

"Təhlükəsizlik zəmanətləri və dövlətimizin neytral, qeyri-nüvə statusu kimi məsələləri qəbul etməyə hazırıq. Bu, ən vacib məqamdır", - Zelenski bildirib. Marqarita pizza

Prezident jurnalistlərə deyib ki, bu, Rusiya Federasiyası üçün ilk prinsip idi: "Yadımdadır ki, onlar müharibəyə buna görə başlayıb". 

Onun sözlərinə görə, istənilən razılaşma Ukrayna xalqına referendumda təqdim edilməlidir. Zelenski bir daha konkret sülh razılaşması əldə etmək istəyini vurğulayıb. Prezident, həmçinin deyib ki, sülh danışıqlarında Donbas və Krım məsələləri müzakirə edilməli və həll edilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!