Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

saytların hazırlanması

Evə çatdırılma

Zelenski: Rusiyanın hərbi ehtiyatları tükənir, təcrübəli əsgərlərini itirib

Dünya

11 Yanvar 2024 15:04 207


Ukraynanın hazırkı vəziyyətdə atəşkəsə razılaşması Rusiyaya yenidən özünü toparlamaq, bölmələrini gücləndirmək və təkrar hücumdan əvvəl ehtiyatlarını artırmaq şansı verəcək.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

"Ukraynada atəşkəsdən danışsaq, bu, sülh olmayacaq. Bu, müharibənin dayanacağı demək deyil. Bu, həm də siyasi dialoqa imkan verməyəcək", - deyə o izah edib. Dominos pizza

Zelenski Rusiyanın döyüş sursatları və dron ehtiyatlarının tükəndiyini, çoxlu əsgər və bütöv birliklər itirdiyini bildirib: "Onlar çox sayda təcrübəli əsgərlərini – Çeçenistanda və Suriyada döyüşən əsgərləri itiriblər, “Vaqner” muzdlu dəstəsi də məhv edilib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!