Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşdı

saytların hazırlanması

Evə çatdırılma

Zelenski Türkiyədə Putinlə danışıqlara razılaşdı

Siyasət

05 Mart 2022 22:37 1419


Ukrayna Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər. Dominos pizza

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah - martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!